Bakıda köhnə binaların kütləvi söküntüsünə başlanacaq? - Açıqlama

Bakıda köhnə binaların kütləvi söküntüsünə başlanacaq? - Açıqlama

Ötən həftədən başlayaraq paytaxtın bir çox ərazilərində kütləvi söküntü işlərinin aparılacağı ilə bağlı xəbərlər yayılır.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərəzliyev sözügedən prosesin uzun illər davam edəcəyini deyib:

 

“Bir beşmərtəbəli yaşayış binasının sökülərək yerində yeni çoxmənzilli yaşayış binasının tikilməsi təxminən 2,5 - 3 il zaman alır.  Hazırda paytaxt ərazisində 11 000 ə qədər istismar müddətini bitirmiş coxmənzilli yaşayış binası var. Eyni zamanda sökülməli olan coxsaylı fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Bu qədər binaların sökülərək yenidən tikilməsi onilliklər tələb edir”.

 

Ekspert kütləvi söküntülərin aparılmasına əngəl olan faktorlardan da danışıb:

 

“Nəzərə almaq lazımdır ki söküntü və tikinti proseslərini dövlət qurumları deyil, özəl şirkətlər aparır. Tikinti şirkətlərinə tikdikləri binalardakı mənzilləri satmaq üçün münbit bazar şəraiti yaradılmadıqca kütləvi söküntülərdən söhbət belə gedə bilməz. Əlavə olaraq, Bakının baş planı hazır olmadan bu cür kütləvi söküntülərə start vermək təbii ki, paytaxtı mövcud vəziyyətindən daha da acınacaqlı vəziyyətə salmaqdan başqa bir şey olmayacaq”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...