Taksimdəki terroristin yanındakıların İsrail əsgərləri olduğu deyilirdi - Əslində kim idilər?

Taksimdəki terroristin yanındakıların İsrail əsgərləri olduğu deyilirdi - Əslində kim idilər?

Taksimdə terroru törətməkdə ittiham olunan qadın həbs edilib. Lakin Türkiyə ictimaiyyətində hələ də hadisə ilə bağlı çoxlu sual işarələri qalmaqda davam edirdi. Hadisələrin gedişatı ilə bir çox məsələlər üzə çıxsa da, bəzi görüntülər və detallar insanları çaşdıra bilirdi.


Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu çaşqınlıqlardan biri də terrorçu Əhlam Əlbəşirin yanında fotosu çəkilən iki qadın olub.


İran mətbuatı və bəzi Fələstin tərəfdarı sosial şəbəkə istifadəçiləri terrorçunun yanında fotosu çəkilən hər iki qadının İsrail əsgəri olduğunu bildirməklə beyinlərində başqa sualların yaranmasına səbəb olub.


İsrailin məşhur qəzetlərindən biri “Yediot Ahronot” açıqlamasında Or Atedgi və Natali Swissa adlı iki qadının turistik səfərdə olduğunu bildirib.


Xəbərdə Atedqinin həyat yoldaşı və Swissanın qardaşı Liran Atedqinin açıqlaması yer alıb. Liran Atedgi bildirib ki, hər iki qadın Türkiyədə tətillərinin son günündə hücuma məruz qalıblar.

Liran Atedgi:

“Həyat yoldaşım və bacım heç fərqinə varmadan terrorçu şübhəlinin yanında gediblər. Onlar yaxınlıqdakı mağazada bir qədər artıq vaxt keçirdikləri üçün 50 metr aralıda baş verən partlayışdan sağ qalıblar”-deyə bildirib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...