Moldova Rusiyanın kütləvi raket zərbələri nəticəsində işıqsız qaldı

Moldova Rusiyanın kütləvi raket zərbələri nəticəsində işıqsız qaldı

Moldovada elektrik enerjisi kəsilib.

Sfera.az bildirir ki, “Moldelectrica”enerji şirkətinin saytında Moldova ərazisində Rusiyanın Ukraynanın enerji infrastrukturuna raket hücumları nəticəsində elektrik enerjisi ilə bağlı problemlər yarandığı qeyd edilib.


Bildirilir ki, Komrat, Ceadir-Lunq və ona bitişik kəndlərdə eyni vaxtda elektrik enerjisi kəsilib. Bundan başqa, Moldovanın paytaxtı Kişinyovda da elektrik enerjisi yoxdur.


Saytdakı məlumatlara əsasən, İsakça-Vulkanesti-MQRES yüksək gərginlikli xətti fəaliyyətini dayandırıb. Bu, Moldovanın Rumıniyadan elektrik enerjisi aldığı əsas ötürmə xəttidir.Moldovanın hazırda Rumıniyadan elektrik enerjisi almadığı bildirilir. İşıq Moldovaya Ukraynadan gəlir.


Moldova hakimiyyəti nə deyir?
 

Moldovanın regional inkişaf naziri Andrey Spinu ölkədə elektrik enerjisinin kəsilməsinin Rusiyanın Ukrayna infrastrukturuna zərbələri ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Moldovaya elektrik enerjisi daşıyan elektrik xətlərindən biri avtomatik olaraq söndürülüb.
 

"Bu, bütün ölkə ərazisində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub. Bu xətlər zədələnməyib, lakin təhlükəsizlik məqsədilə avtomatik olaraq kəsilib. "Moldelectrica" ​​elektrik enerjisinə qoşulmanın bərpası üzərində işləyir"-deyə o bildirib.
 

Xatırladaq ki, oktyabrın 31-də Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Moldova ərazisinə Rusiya raketi düşüb. Mülki əhali arasında itki yoxdur, bir neçə fərdi evin şüşələri sındırılıb.
 

Moldova prezidenti Maia Sandu bildirib ki, Rusiya ölkədəki vəziyyəti sabitsizləşdirməyə çalışır. Onun sözlərinə görə, Moldova Ukraynaya kömək etməlidir, çünki Rusiyanın fevralın 24-də başladığı müharibənin harada dayanacağı dəqiq bilinmir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Çimnaz Sultanova səhv əməliyyat edilib - İDDİA

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qohumu onun Bakı Sağlamlıq Mərkəzində bağırsağından səhv əməliyyat olunduğunu iddia edir.   sFERA.AZ&...

Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarıma...

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...