20 illik dostunu bir cümləsi ilə öldürdü - Tut onu

20 illik dostunu bir cümləsi ilə öldürdü - Tut onu

Kentukki ştatından olan 40 yaşlı Melissa Wolke 55 yaşlı Donald Abneri öldürməkdə günahlandırılıb. Wolke keçən həftə məhkəmədə günahını etiraf edib və mühakimə olunub.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, Melissa Wolke 10 yanvar 2020-ci ildə naməlum səbəb üstündə 55 yaşlı Donald Abnerlə mübahisə edib.


İkisi arasında yaranan mübahisə Wolkenin pitbull itini Abnerin üzərinə buraxması və onun faciəli şəkildə həyatını itirməsi ilə nəticələnib.



Hadisənin şahidi olan qonşular Volkenin evində baş verən insident zamanı o itinə “Gəl oğlum, onu tut” deyib, itin isə Abnerə hücum etdiyini bildirib. Bundan sonra başlayan itin hücumu dəqiqələrlə davam edib, Wolke isə həmin anları sadəcə izləyib.



Qonşular dərhal polis çağırıblar. Onlar gələndə itin hücumu hələ də davam edib. İş o yerə çatıb ki, pitbullu sakitləşdirə bilməyən zabitlər onu dayandırmaq üçün güllələməli olublar.



Əyalət polisinin detektivi Ryan Loudermilk hadisədən qısa müddət sonra Wolkenin hücumdan sonra məyus olduğunu və “Aman Allahım, mən axmaq idim” deyərək hönkürüb ağladığını bildirib.



Wolke özü içki problemi olduğunu, hadisə zamanı sərxoş olduğunu və heç nə xatırlamadığını bildirib.



Hücumdan əvvəl təxminən üç ay Wolkenin evində qaldığı iddia edilən Abner təxminən iyirmi il onunla dostluq edib. Abnerin boynunda və üzündə dişləmə yaraları olduğunu bildirilsə də, ölümün rəsmi səbəbinin boğulma olduğu müəyyən edilib. Onun boynunda da sınıq olub.

Açıklama yok.

Aynil


OXŞAR XƏBƏRLƏR