Məşhurlar Azad Şabanovun "Toy günü"ndə - FOTO + VİDEO

Cəmiyyət
17:40 / 15.11.2022
11001
Ötən gün "CinemaPlus"da müğənni Azad Şabanovun “Toy Günü” qısametrajlı filminin və eyni adlı yeni mahnısının təqdimatı baş tutub.
Sfera.az xəbər verir ki, maraqla qarşılanan layihənin rəhbəri və prodüseri Azad Şabanov, quruluşçu rejissoru Əlixan Rəcəbov, rejissoru Vüsal Əhmədzadə, operatoru isə Natiq Husiyevdir.
Filmin musiqisi müğənni Aiselə, sözləri Kübra Kərimliyə, Aranjimanı isə Emin Karimiyə məxsusdur.
Ekran işinin baş rollarında Azad Şabanovla yanaşı, Bəhram Bağırzadə, Nicat Rəhimov, Gülçin Qasımova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Toğrul Eminli, Fuad Isgəndərov, İbrahim Heydərov, Vüsal Əhmədzadə, Cəmil Əhmədov, Rüstəm Məmmədov və başqaları çəkiliblər.
Qeyd edək ki, film Azad Şabanovun youtube kanalında yerləşdirilib.
BAKU.WS