İnsanlığın qara ləkəsi - Əqli qüsurlu uşaqlar üzərində “çürük diş” təcrübəsi

İnsanlığın qara ləkəsi - Əqli qüsurlu uşaqlar üzərində “çürük diş” təcrübəsi

İkinci Dünya Müharibəsi illərində əsir götürülmüş və ya məhbus olmuş insanlar üzərində aparılan utancverici sınaqlar haqqında yazılar təqdim etmişdik.


Sfera.az bu dəfə də oxuculara bəşər tarixinin ən qara ləkələrindən hesab olunan hadisə haqqında yazı təqdim edir:



İkinci Dünya müharibəsi illərində bütün dünyada ciddi diş problemi var idi. İsveç hökuməti isə öz stomatoloqlarına əqli qüsurlu şəxslər və ruhi xəstələr üzərində təcrübələr keçirməyi tapşırıb. Hekayənin təfərrüatları isə daha sarsıdıcıdır.


Açıklama yok.

Müharibənin əvvəlində bütün dünya kifayət qədər geniş yayılmış diş problemindən əziyyət çəkirdi. O dövrdə diş müalicəsi inkişaf etmədiyi üçün insanlar ya dişlərini çıxartmalı, ya da çürümüş dişlərinin ağrısı ilə bir ömür yaşamalı idilər.



Xüsusilə ağız qoxusu, çürüklər və qırıq dişlər ən çox görülən problemlər arasında idi. Problem o qədər ciddi idi ki, ABŞ hökuməti ən azı 6 sağlam dişi olan vətəndaşları hərbi xidmətə cəlb etmək qərarına gəlmişdi.

Açıklama yok.


Vəziyyətin təcili və ciddi olduğunu anlayan İsveç hökuməti bununla bağlı heç vaxt tətbiq edilməmiş tədbirlər görmək qərarına gəlib.

Bu vəziyyətin daimi həllini tapmaq ilk növbədə dövlətə işləyən stomatoloqların üzərinə qoyulmuşdu. Ancaq həkimlər problemin həllini tapmazdan əvvəl problemin əsas səbəbini tapmalı idilər.

 

Diş problemlərinin səbəbini öyrənmək istəyən həkimlərin və dövlət məmurlarının ilk dayanacağı ölkənin hər yerindən psixoloji pozuntulardan əziyyət çəkən insanların qəbul olunduğu Vipeholm Ruhi Xəstəxanası oldu...

 

Açıklama yok.

Təcrübə üçün 15 yaşdan 70 yaşa qədər aralarında əksəriyyətinin əqli gerilik diaqnozu qoyulduğu 1000-dən çox xəstə cəlb edilib. Xəstələrə isə “Sizi sağaldacayıq” söz verilmişdi.

Toplanmış təcrübə obyekti olacaq insanların yeni həyatlarına uyğunlaşması təxminən altı ay çəkir. Bu dövrdə problemi olan xəstələr ya yatmağa məcbur edilir, ya da soyuq suda çimizdirirdilər.

 

Və təcrübələr başladı

Açıklama yok.

Vipeholmdakı yeganə həkim Hudo Froderberg və digər köməkçi tibb işçiləri mövzuları 0 ilə 6 arasında yeddi fərqli kateqoriyaya böldülər.


Qrup 0 heyvanlardan da aşağı şüur səviyyəsinfə hesab olunurdu (!), yüksək bal toplayanlar isə ciddi nəzarətə götürülürdü.
 

Təcrübənin ilk iki ilində xəstələrə adi İsveç yeməyində olan şəkərin yarısı, ftor tabletləri, az miqdarda nişasta, A, B və D vitaminləri verilmişdir.
 

İki ilin sonunda xəstələrdə heç bir boşluq görünmədi.
 

Ona görə də final mərhələsinə başlanıldı...
 

Təcrübənin son mərhələsində xəstələrə dörd fərqli qrupa bölünməklə İsveç yeməklərindən iki dəfə çox şəkər olan qidalar verilib.
 

Birinci qrupa əlavə olaraq şirin dönərlər, ikinci qrupa şəkərli içkilər, üçüncü və dördüncü qruplara karamel, şokolad və tofi verilib.


Heç iki həftə keçməmiş, içki verilənlərdən başqa bütün qruplarda diş çürüməsi, çürüklər və ağız qoxusu müşahidə edilməyə başladı.


Diş problemi olan xəstələr arasında ağrıdan qıvrılan aşağı kateqoriyaya (0) aid olanlar müalicə olunmayıb. İnsan hüquqlarının tam bərqərar olmadığı, psixi pozğunluğu olan insanların hakimiyyətə “borclu” hesab edildiyi o illərdə baş verən bu dəhşətli eksperiment bəşəriyyət tarixinə qara ləkə kimi yazıldı.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...