Fəxrəddin Manafov mərhum həyat yoldaşından DANIŞDI: "Onunla sona qədər..." - VİDEO

Fəxrəddin Manafov mərhum həyat yoldaşından DANIŞDI: 

Xalq artisti Fəxrəddin Manafov şəxsi həyatı ilə gündəmə gəlib. 

 

Sfera.az xəbər verir ki, AzTV-də yayımlanan "Ağ və qara" layihəsinə qonaq olan aktyor bir il əvvəl vəfat edən həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Manafov Vahidə xanımın onun həyatında misilsiz iz buraxdığını bildirib:

 

"Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən o qadın mənə çox şeyi öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır, amma əksinə... Vahidə çox güclü bir şəxsiyyət idi. Çox ağıllı, zəkalı, oxumuş, intellektual, istedadlı, maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür".

 

Qeyd edək ki, Fəxrəddin Manafovun 65 yaşlı həyat yoldaşı Vahidə Sadıqova ötən ilin martında xərçəng xəstəliyindən vəfat edib. 

 

(baku.ws)


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...