“15 yaşlı nəvəmi gecə 1-də oğurlayıblar”

Hadisə
13:42 / 14.11.2022
5594
Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.
Rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib. O, əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 01 radələrində baş verib.
Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.
Müraciətlə bağlı araşdırma aparılır. (qafqazinfo)