Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

 

Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. 

 

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev deyib ki, hazırda "Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır.

Bu xidmətin yaradılması üzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: "Hazırda bu xidmətin tətbiqi üçün proqram hazırlanır. İşlər tam yekunlaşandan sonra bunun hansı formada tətbiq ediləcəyi barədə məlumat veriləcək”.

Şöbə müdiri vurğulayıb ki, ölkədə tibbi şəhadətnamənin kağız forması da ləğv ediləcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı da müzakirələr gedir: "Bununla bağlı hazırda Ədliyyə Nazirliyi və "ASAN Xidmət"lə birgə iş aparılır. Bu gün uşaq doğulandan sonra valideyn Forma 103-ü kağız formada "ASAN xidmət"ə təqdim edərək doğum haqqında şəhadətnamə alır. Artıq kağızı "ASAN xidmət"ə aparmağa ehtiyac qalmayacaq. Bazada uşaq barədə bütün müvafiq məlumatlar olacaq və valideynlər heç bir kağız təqdim etmədən doğum haqqında şəhadətnaməni "ASAN xidmət"dən əldə edəcəklər”.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...