Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı noyabrın 28-ə təyin olunub.

 

İttihama görə, hadisə bu ilin iyulunda paytaxtın Suraxanı rayonunda baş verib. 1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı qətlə yetirib.

 

Sahil Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR