Ağ Evin Mərkəzi Asiya PLANI: “Bu, Rusiyanı da, Çini də qəzəbləndirəcək”

Ağ Evin Mərkəzi Asiya PLANI: “Bu, Rusiyanı da, Çini də qəzəbləndirəcək”

“Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə marağı artıb”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, dövlət katibinin köməkçisi Donald Lunun ötən həftə Türkmənistana, Özbəkistana və Qazaxıstana səfəri də bu maraqdan irəli gəlir:

 

“Donald Lu deyib ki, Rusiyaya qarşı sanksiyaların Türkmənistana təsir etməməsi üçün Vaşinqton Aşqabada kömək edəcək. Vaşinqtonun kömək vədinin yerinə yetirilməsi Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətlidir. Çünki Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sərt sanksiyalarının Mərkəzi Asiya ölkələrinə də mənfi təsirlər var. Qazaxıstan bu təsirləri minimuma endirməyə çalışır. Misal üçün, Rusiyanın Qazaxıstandakı “Sberbank” və “Alfabank”ı yerli sahibkarlara satıldı. Vaşinqton bu sövdələşməni təqdir edib. Vaşinqton hesab edir ki, Türkmənistan zərərlə üzləşməyəcək. Önəmli olan Türkmənistanın Rusiya ilə bank əməliyyatlarını minimuma endirməkdir. ABŞ Türkmənistana Rusiyadan bank asılılığını azaltmaq 7 milyon dollar ayırıb. Donald Lu mətbuat konfransında deyib ki, Vaşinqtonun məqsədi Mərkəzi Asiya ölkələrini Rusiya ilə münasibətlrdən tamamən qoparmaq deyil: “Rusiyanın bölgə ölkələri ilə ənənəvi əlaqələri mövcuddur. Buna baxmayaraq, bölgə ölkələri Rusiyadan asılı olmamalıdırlar””.

 

Ekspert qeyd edib ki,  Donald Lunun Mərkəzi Asiya ölkələrinə səfəri zamanı verdiyi açıqlamalar Moskva ilə yanaşı, Pekini də narahat edir:

 

“Çünki Rusiya ilə yanaşı, Mərkəzi Asiya ölkələrinə ən çox yatırım qoyan ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələri ilə əlaqələri xarici siyasətinin əsas istiqamətlərindən biri sayır. Pekin şübhələnir ki, Vaşinqton Mərkəzi Asiya ölkələrinin Çindən asılılığını azaltmaq istəyir. Ancaq bu, Vaşinqtonun imkanı xaricindədir, Çinin Mərkəzi Asiya ölkələrindən milyardlarla dollar yatırımı ilə yanaşı icra etdiyi ortaq layihələri də var. Mərkəzi Asiya ölkələri bu layihələrdən imtina etməyəcəklər. Ancaq Mərkəzi Asiya ölkələrinin iqtisadi zəmində Çindən artan asılılığı Rusiyadan olan asılılıqdan daha təhlükəlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.   Sfera.az&nbs...

Bu bürclər diqqətli olmalıdır - Gərginlik artacaq

Bu gün səmada dinamik və güclü enerjilər hökm sürür. Ayın Əqrəb bürcündə olması emosional dərinlik və ehtiraslı reaksiyalara zəmin yaradır. Bu, həm də gözlənilm...

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.  ...

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmu...

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8&quo...

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə...