“Putinin son saniyədə qərarını dəyişəcəyinə inanmıram” - Olaf Şolts

“Putinin son saniyədə qərarını dəyişəcəyinə inanmıram” - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirakdan imtina etməsinə reaksiya verib.

 

Sfera.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bu xəbərdən məyus olduğunu bildirib.  Belə ki, kansler əslində Ukrayna münaqişəsi ilə bağlı Qərb güclərinin bütün sualları və tənqidləri ilə şəxsən üzləşməsi üçün Putinin tədbirdə iştirak etməsini arzuladığını deyib.

 

“O, Baliyə gəlsəydi, yaxşı olardı. Amma Putinin olmaması digər ölkələrin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləməsinə və qoşunların çıxarılmasını tələb etməsinə mane olmayacaq”.

 

Şolts həmçinin qeyd edib ki, Putinin yaxın vaxtlarda qərarına yenidən baxacağına inanmır. "Son saniyədə qərarının dəyişəcəyini düşünmürəm. Əgər dəyişsə, xoşbəxt olaram", - deyə Almaniya kansleri əlavə edib.

 

Xatırladaq ki,  G20 liderlərinin sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə isə, Putin sammitdə hətta onlayn formatda da danışmayacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR