Gəliri yüksək olan pensiyaçıların təqaüdü kəsiləcək - TƏKLİF

Gəliri yüksək olan pensiyaçıların təqaüdü kəsiləcək - TƏKLİF
Rusiyanın Maliyyə Nazirliyi aylıq gəliri 41,6 min rubl, illik gəliri 500 min rubl olan pensiyaçılara təqaüd verməməyi təklif edib.

Sfera.az apa-ya istinadən xəbər verir ki, sərt variant kimi pensiyaçılar üçün 1 mln. rubl limitinin tətbiqi planlaşdırılır.

Məlumata görə, bu tədbir həyata keçirilsə, 90 min pensiyaçıya təqaüd verilməyəcək.

Bundan başqa, nazirlik gəlirləri yaşayış minimumundan 2,5 dəfə yüksək olan pensiyaçılara sabit ödənişlərin ləğv edilməsini təklif edir. Bu dəyişiklik isə 2 mln. pensiyaçını əhatə edəcək.

Maliyyə Nazirliyi bütün bu tədbirləri 2017-2019-ci illərin federal büdcəsinin balanslaşdırılmasına nail olmaq üçün təklif edib. Hesablamalara görə, sərt varianta əsasən ödənişlərdən imtina tədbirləri illik 150 mlrd. rubla (3 mlrd. 825 mln. manata) qənaət etməyə imkan verəcək.

"Gəlin açıq danışaq, 1 milyon rubl gəlirə malik pensiyaçının dövlətin təqaüdünə ehtiyacı yoxdur", - deyə nazirliyin əməkdaşı bildirib.

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...