Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB

Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Bu barədə Sfera.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

 

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

 

 


OXŞAR XƏBƏRLƏR