Bakı metrosunda qorxulu anlar
Cəmiyyət
16:06 / 23.09.2016
1614
Bu gün Bakı Metropoliteninin "28 May" stansiyasında orta yaşlı qadın huşunu itirərək yıxılıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar ona kömək göstərməyə çalışıblar, lakin qadın özünə gəlməyib.
Daha sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu stansiyadan çıxarıblar.
Qadının kimliyi məlum deyil.