İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM

İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.

 

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında dəyişiklik edilməsi Sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

 

Əvvəl isə İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi aşağıdakı kimi idi:

 

İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.


OXŞAR XƏBƏRLƏR