İkinci dəfə koronavirusa yoluxanlarda bu xəstəliklər meydana gəlir - ARAŞDIRMA
ABŞ-da aparılan bir araşdırmada peyvənd edilməsindən asılı olmayaraq, ikinci dəfə COVID-19-a yoluxan şəxslərin ölüm riskinin artdığı müşahidə edilib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, bu şəxslərdə xəstəxanaya yerləşdirilmə halları çoxalıb və ciddi sağlamlıq problemləri yaşanıb.
Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsi tərəfindən aparılan araşdırma 2022-ci il tarixləri arasında əsasən kişilərlə bağlı məlumatlara əsaslanıb.
Müvafiq olaraq, iki və ya daha çox dəfə COVID-19-a yoluxan 40 min 947 nəfərin məlumatları xəstəliyə bir dəfə yoluxan 443 min 588 və heç vaxt tutulmayan 5,3 milyon insanın məlumatları ilə müqayisə edilib.
“Nature Medicine” jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, koronavirusa yenidən yoluxanların ölüm riskinin bir dəfə xəstələnənlərlə müqayisədə iki dəfə, xəstəxanaya yerləşdirilmə riskinin isə üç dəfə artdığı anlaşılıb.
İki və ya daha çox dəfə xəstələnənlərdə ağciyər, ürək, qan, böyrək, şəkərli diabet, psixi pozğunluqlar, sümük, əzələ və nevroloji problemlərə tutulma riskinin artdığı da məlum olub.
Müvafiq olaraq, yenidən COVID-19-a yoluxanlarda ağciyər və ürək problemlərinin yaranma ehtimalı 3 dəfə, nevroloji problemlərin yaranma ehtimalı isə 60 faiz artıb.
Əzizə Zeynal,
Sfera.az