İcra hakimiyyətləri ləğv ediləcək?

İcra hakimiyyətləri ləğv ediləcək?
Deputat Çingiz Qənizadə referendumdan sonra idarəetmədəki dəyişikliklərdən danışıb


"Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil".


Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onların əvəzinə vilayətlərin yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.


Bu fikirlərin fərziyə olduğunu deyən deputat həmin məsələlərin ölkə prezidentinin səlahiyyətinə aid olduğunu qeyd edib:


"Əminəm ki, Prezident İlham Əliyevin atacağı bütün addımlar Azərbaycan dövlətinin maraqlarına, dövlətin idarəçiliyində çevik və operativ bir modelin yaranmasına xidmət edəcək və bunun bəhrəsini də xalqımız və dövlətimiz görəcək”.


Hazırda yerli icra hakimiyyətlərinin idarəedilməsi sahəsində problemlərin olub-olmamasına gəldikdə, Ç.Qənizadə deyib ki, icra hakimiyyəti başçıları Prezidentin yerlərdəki nümayəndələridirlər.
Deputatın sözlərinə görə, bütün icra hakimiyyəti strukturundakı iş qaydasını, fəaliyyəti neqativ olaraq qəbul etmək olmaz: "İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik "dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir”. 

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...