29 körpə qızı mumiyalayaraq saxlayan rusiyalı - Həbsdən azad oluna bilər

29 körpə qızı mumiyalayaraq saxlayan rusiyalı - Həbsdən azad oluna bilər

İllər əvvəl bütün dünyanı şoka salan Rusiyanın Nijni Novqorod şəhərində yaşayan, 55 yaşlı tarixçi Anatoli Moskvinin adı çoxlarına tanışdır.
 

Onun 3-12 yaşlı qızların cəsədlərini kukla hazırlamaq üçün mumiyaladığı üzə çıxdıqdan sonra həbs edilmişdi. Lakin o, mühakimə olunmaq üçün əqli cəhətdən yararsız hesab edilərək psixiatriya klinikasına göndərilib.
 

Sfera.az xəbər verir ki, Anatoli Moskvin bir müddət əvvəl yenə gündəmə gəlib.
 

Onun vəkilləri bir neçə illik müalicədən sonra Moskvinin hazırda ambulator müalicə almaq üçün kifayət qədər yaxşı olduğunu və Moskvaya köçüb evlənmək istədiyini açıqlayıb. Həmçinin 13 dil öyrənərək o, kitab yazmağı və dil müəllimi kimi işə düzəlməyi planlaşdırır.
 

Həbs olunana qədər heç vaxt sevgilisi olmadığı bildirilən Moskvin həbs olunduqdan sonra dil öyrədən müəlliməsi ilə dostluq edib. Lakin Leninski Rayon Məhkəməsi Moskvin ambulator müalicə alana qədər bu dostluğu nikaha daxil edə bilməyəcəyini bəyan edib.
 

Bir neçə il əvvəl polis daxil olan xəbərdən sonra onun evinin ətrafına qoyulmuş və gəlincik kimi geyindirilmiş ölü qızların dəhşətli kolleksiyasını aşkar etmişdi.
 

Moskvin insan qalıqlarından mumiyalanmış körpələrin hazırlanması ilə bağlı qəribə mövzu haqqında internetdə araşdırma aparıb. Qorxunc kolleksiyada kiçik cəsədlərin hər biri haqqında ətraflı qeydlər olub.

Gecələr ölən qızların məzarlarını qazıb cəsədlərini çıxaran, evində onlara gəlincik geyindirib mumiyalayan 55 yaşlı Anatoli Moskvinin sərbəst buraxıla biləcəyi də açıqlanıb. Moskvinin evində axtarış zamanı 29 uşaq meyiti tapılmışdı.

 

Yüksək təlim keçmiş bu meyit oğrusu ölü qurbanlarının hər birinin doğum gününü yataq otağında qorxunc ayinlərlə qeyd edirdi.
 

İndiyədək məhkəmə Moskvinin azadlığa buraxılmasını rədd etmişdi, lakin psixiatrlar onu xəstəxanada saxlamaq üçün artıq tibbi səbəbin olmadığını bildiriblər.

 

Ölən uşaqların ailələri Anatoli Moskvinin köhnə vərdişinə qayıdacağından qorxaraq ömrünün sonunadək həbsxanada qalmasını istəyirlər. Çünki Moskvin 10 il idi ki, meyitlərlə birgə yaşamışdı.

 

Lakin Moskvinlə bağlı bir çox ekspert hesabatlarında onun xəstəxanada deyil, dostları, qohumları və ya kilidli saxlanmayacağı qocalar evində qala biləcəyini bildirir.
 

Xatırladaq ki, Moskvin körpə qurbanların ailələrindən üzr istəməkdən də imtina etmişdi.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...