KFC “Büllur gecə” xatirəsinə "Xırtıldayan toyuq pendiri" təklif etdi
Almaniyada KFC fast-food restoranlar şəbəkəsi müştərilərinə "Büllur gecə” (Kristallnacht) xatirəsinə xırtıldayan toyuq ilə zərif pendir" təklif edərək almanları şoka salıb.
Qeyd edək ki, Kristallnacht Üçüncü Reyxin yəhudi əhalisinə qarşı qanlı nasist aksiyasıdır.
Bu müəmmalı KFC reklamı Kristallnacht anım günündə müştərilərə push mesajı vasitəsilə göndərilib. Məktubda deyilir:
“İmperator Gecəsini Anma Günü – Özünüzü xırtıldayan toyuq və zərif pendirlə sevindirin. İndi KFCheese-də!”
“Twitter” istifadəçiləri foto yerinə mesajın şəklini və bildirişi yerləşdirərək qəzəbləndiklərini bildiriblər.
Restoranlar şəbəkəsi isə hər şeyi texniki nəzarətdə günahlandıraraq üzr istəyib:
“KFC Almaniya bayramları, yaddaqalan tarixləri və kampaniya günlərini yad edən təqvimlərlə əlaqəli yarı avtomatlaşdırılmış proses əsasında proqram üçün məzmun yaradır. Bu dəfə isə bizim daxili yoxlama prosesinə lazımi qaydada əməl olunmayıb”.
Təşkilatın bildirdiyinə görə nəticədə bu icazəsiz yəni hələ təsdiqlənməmiş mesajın təsadüfən yayılmasına səbəb olub. Şirkət belə bir hadisənin bir daha təkrarlanmamasını təmin etmək istəyir. Buna görə də “KFC bərabərlik və inklüzivlik üçün fəal şəkildə çalışır”-deyə açıqlamada bildirilib.
Kristallnacht və ya “Sınıq Şüşə Gecəsi” 1938-ci il noyabrın 9-dan 10-dək Almaniyada və Avstriyanın bir hissəsində silsilə yəhudi qırğınlarının bir hissəsi idi. Nəticədə yüzlərlə insan öldürülüb, 30 minə yaxını isə həbs düşərgələrinə göndərilmişdir.
Aynil