Türkiyədə zəlzələ oldu

22:35 / 11.11.2022
19935
Türkiyənin Ərzincan şəhərinin Tercan rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 20:02-də qeydə alınıb.
Yerin 6,99 kilometr dərinliyində baş verən zəlzələdə dağıntı olmayıb.