Lavrovla Mirzoyan arasında telefon danışığı oldu

19:40 / 11.11.2022
13101
Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, telefon danışığında İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyası müzakirə edilib.
Qeyd edək ki, KTMT-nin növbəti sammiti noyabrın 23-də baş tutacaq.