Avropa ölkələri Rusiyaya tətbiq edilən sanksiyaları geri götürür? - İDDİA
ABŞ Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı narahatdır.
Sfera.az bildirir ki, bu barədə "Politico" qəzeti Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Avropada çalışan ABŞ rəsmiləri son vaxtlar Vaşinqtondakı həmkarlarına intensiv xəbərdarlıq etməyə başlayıblar.
“Əhalisi Rusiyanı dəstəkləyən bəzi ölkələr sanksiyalara görə, getdikcə qəzəblənir və ABŞ-ı qiymət artımında ittiham edirlər. Belə inkişaf nəticəsində isə Avropa liderləri ictimai təzyiqlərə görə, anti-Rusiya sanksiyalarına dəstəyi geri götürmək barədə düşünməyə başlaya bilərlər”, - deyə sözügedən rəsmilər bildiriblər.
Nəşrin yazdığına görə, bu narahatlıqlar Ağ Evin əsas rəsmiləri ilə Avropa liderləri arasında telefon danışıqlarına səbəb olub və qarşı tərəfdən ABŞ strategiyasına sadiq qalmalarına dair sözlər alınıb. Qəzetin həmsöhbətlərindən biri hələ ki heç bir dəyişikliyin olmadığını və vəziyyətin gərgin qaldığını söyləyib.
Günay Rəsulqızı,
Sfera.az