Bu layihəyə 1 milyon manatdan çox güzəştli kredit ayrılıb - Nazir AÇIQLADI

İqtisadiyyat
13:35 / 11.11.2022
9144
“Fruit Aqro” MMC-nin Samux rayonunda reallaşdıracağı intensiv bağçılığın inkişafı layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 50 min manat güzəştli kredit ayrılıb.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, layihənin icrası nəticəsində 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.