Əməkdar artistin oğlu həkim qızla evləndi - FOTO/VİDEO

Cəmiyyət
11:00 / 11.11.2022
6551
Əməkdar artist Bəsti Sevdiyevanın övladının xeyir işi olub.
Sfera.az xəbər verir ki, sənətçinin oğlu Ayxan Gülarə adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyu paytaxt restoranlarından birində keçirilib. Onların şad günündə bir sıra sənət adamları da iştirak ediblər.
Gülarə ilə Ayxanın qız toyu ötən il Rusiyada keçirilsə də, cütlüyün oğlan toyu pandemiya səbəbilə təxirə salınmışdı. Hazırda onların bir qız övladı var.
Əməkdar artistin gəlini Gülarə diş həkimidir.
(baku.ws)