Kişilərin ən çox qaçdığı 3 bürc hansıdır?
Kişilər üçün bu 3 bürcün qadınları ümumiyyətlə “yaxım durulası deyil” . Zahirən gözəl, lakin kişiyə xas olan ən sərt xüsusiyyətlərə malik olan bu üç bürcün qadınları kişilərlə münasibətlərdə daim uduzmağa və itirməyə məhkumdurlar.
Sfera.az kişilərin ən çox ehtiyat etdiyi bu bürcləri təqdim edir.
Qadınlar təbii gözəlliyi və cəlbediciliyi sayəsində hər bir kişini sözün əsl mənasında dəli edə bilirlər. Ancaq bəzi hallarda xarici görünüş aldadıcıdır, onun altında ən qaranlıq tərəflər gizlənir.
Bir çox bürcün insanları öz çatışmazlıqlarını diqqətlə gizlətməyi bacarır, buna görə də ilk baxışdan bu insanın həqiqətən nə olduğunu başa düşmək çətin olur.
Astroloqlar qadınların heç bir kişinin müqavimət göstərə bilməyəcəyi bürclərin adını çəkir.
OĞLAQ
Oğlaq qadınları təbii olaraq karyera yönümlüdürlər. Bir qayda olaraq, sevgi və romantika onlar üçün xüsusi dəyər daşımır, buna görə də çox səy göstərmədən partnyor tapa və tezliklə onunla asanlıqla ayrıla bilərlər.
Kişilər üçün bu bürcün nümayəndələri ilə uzunmüddətli münasibət saxlamaq olduqca çətindir. Bəziləri olduqca dominat və hətta eqoistdir.
Ona görə də kişilər üçün onların şıltaqlığına tab gətirmək asan deyil. Çox vaxt Oğlaq ilə münasibətdə ayrılığın təşəbbüskarı kişidir və ayrılıq ona lazımsız narahatlıqlar gətirmir, əksinə, azadlıq hissi verir.
ƏKİZLƏR
On iki bürc arasında Əkizlər ən çox azadlıqlarını itirməkdən qorxurlar. Təbii ki, özlərini tənhalığa məhkum etmirlər, lakin ciddi münasibətə də can atmırlar.
Bu bürcün qadınları adətən şən, ağıllı və hər tərəfli qadınlardır və dərhal kişilərdə maraq oyadırlar.
Amma zaman keçdikcə sevgilinin tez-tez işdə qalması, görüşü təxirə salmaq üçün hər hansı bəhanə tapması və ya gecəni tək keçirməsi xoşuna gəlmir.
Bu bürcün qadını üçün sevgi çox tez keçir, lakin kişilərdə bu cür qadınla yenidən görüşmək qorxusu uzun müddət qalır.
ŞİR
Eqoist Şir qadınlar heç vaxt kişinin münasibətdə dominat olmasına icazə verməzlər və çox vaxt sevgililərinin fərdiliyini boğmağı bacarırlar.
Şirlə görüşməyə başlayan kişilər, onun gözəlliyi, seksuallığı və özünəməxsus xarakteri ilə münasibətin ilk dəqiqələrində dil tapa bilirlər, lakin cazibə tezliklə keçəcək.
Bu bürcün qadınları sevgilisini istədiyini etməyə məcbur etmək üçün hər cür hiylələrə əl ata bilər. Hər hansı bir Şir kraliçadır, siz isə sadəcə onun aksessuarısınız.
Bəzi kişilər sevdiklərinin xüsusiyyətlərinə o qədər qapılıblar ki, bunu ürəklərindən çıxara bilmirlər. Ancaq partnyor seçdiyi birinin artıq həddindən artıq uzaqlaşmağa başladığını başa düşdükdə, münasibətlər sona çatır.
Aysel