Rusiyanın Dağlıq Qarabağla bağlı yeni planı

Rusiyanın Dağlıq Qarabağla bağlı yeni planı

National Interest

 

Bəziləri Cənubi Qafqazın gələcəyini regionun daxili və ikitərəfli münasibətlərinə daim müdaxilə edən Rusiyanın iştirakı olmadan nəzərdə tutur.


İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin onun ölkəsinə baha başa gəldiyini, milli qurumlardakı uğursuzluqları ifşa və iqtisadiyyatı iflic etdiyini bəyan edib.
 

Nəticədə Paşinyan dramatik şəkildə ictimaiyyətə açıqlama verərkən iqtisadiyyatı bərpa etmək və daha əlverişli otlaq sahələri axtaran ermənilərin artan axınını dayandırmaq üçün Qarabağın separatizm iddiaları bahasına dövlət maraqlarını önə çəkmək istəyir. Bu onun rəhbərlik etdiyi ölkənin istər “müstəqil” Qarabağ, istərsə də Ermənistana “birləşdirmək” ilə bağlı barışmaz mövqeyidir. Eyni zamanda bu həm qeyri-real arzulardır, həm də beynəlxalq hüquq normalarına ziddir. Bu gələcəkdə heç bir beynəlxalq diplomatik ictimaiyyət və beynəlxalq məhkəmə tərəfindən heç vaxt qəbul olunmayacaq.
 

Ermənistanın İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətindən sonra Paşinyan mübahisəli regionda erməni siyasətini yenidən nəzərdən keçirməli oldu. O, ölkəsinin dünya birliyində təcrid olunmasını aradan qaldırmaq, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrin qurulması, Qarabağ məsələsinin Azərbaycanın daxili problemi kimi tanınması fonunda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası tərəfdarıdır.
 

Bununla belə, Paşinyan Moskvadan asılılığın nəyin bahasına başa gəldiyini gördükdən sonra, Qərblə daha sıx əlaqələr qurmaq üçün Ermənistanı keçmiş müstəmləkə təsirindən azad etmək kimi gizli məqsədə də nail oldu. Paşinyan öz müttəfiqləri arasında özünəməxsus praqmatizm nümayiş etdirdi.
 

Təəssüf ki, Rusiya prezidenti Vladimir Putinin “Valday” klubundakı son bəyanatı hər zaman gündəmdə olan sülh yolu ümidlərini puç etdi. Valdayda jurnalistlərin ünvanladığı sualları cavablandırarkən Putin paralel olaraq iki sülh planı olduğunu bildirib:
 

“Azərbaycanın bütövlükdə Qarabağ üzərində suverenliyini” təmin edən Vaşinqton Planı və Ermənistan, həm də Azərbaycanın iddialarını nəzərə alaraq Qarabağın muxtariyyətini tanıyan Rusiya Planı.
 

Putin postsovet məkanında çoxsaylı münaqişə ocaqları yaradıb. Qarabağda bunu etmək təkcə bu nümunə ilə məhdudlaşmır. Bu həm də, Putinin Qafqazdakı geosiyasi maraqlarına uyğun gəlir: çoxlu etnik münaqişələrin mövcud olduğu regionda köhnəlmiş Rusiya aktuallığını saxlamaq.
 

2020-ci il müharibəsində Rusiya siyasəti Şimali Qafqazda Rusiyanın mövcudluğunu gücləndirmək məqsədi ilə Moskvanı iki tərəf arasında vasitəçi kimi dəstəkləməyə çalışırdı. Putin İrəvanın xahişinə baxmayaraq, Bakı və Ankara ilə birbaşa qarşıdurmadan yayınmaq üçün Rusiya hərbçilərinin Ermənistan tərəfində münaqişəyə cəlb edilməsini təmin etməyib. Azərbaycanın hərbi qələbəsindən sonra Rusiya özünü vasitəçi kimi təqdim etdi. Putin öz ölkəsinin regionda hərbi mövcudluğunu göstərmək üçün sülhməramlı timsalında çıxış etdi (digər postsovet münaqişələrində olduğu kimi). İkinci Qarabağ Müharibəsindən sonra Rusiya Qarabağa 2000-ə yaxın rus əsgərinin iştirakı ilə Rus sülhməramlı dəstələrini göndərdi. Onların müddəti 2025-ci ildə başa çatacaq.
 

Putinin müdaxiləsi Paşinyanı Ermənistanda siyasi mövqeyini yumşaltmağa sürüklədi. Daxili siyasi təzyiqlər baş nazirin Qarabağın öz ölkəsinin tarixi kimliyinin ayrılmaz hissəsi olduğunu etiraf etməkdən başqa yolu qalmadı. Paşinyan isə öz növbəsində Putinin Valday çıxışında nəzərdə tutulan məqsədlərə əməl edəcəyinə inanır. Bu plan Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üçün müvafiq olaraq etimadın möhkəmləndirilməsi, o cümlədən iki ölkə arasında ticarət və nəqliyyatın genişləndirilməsi, eyni zamanda Qarabağın daimi statusundan əl çəkməyi nəzərdə tutur.
Putin Ermənistanı öz ölkəsinin maraqlarını müdafiə edəcəyi strateji müttəfiq kimi qəbul etsə də, tarixi həqiqət göstərir ki, Rusiya heç vaxt müstəqil və firavan Ermənistan istəməyib və Rusiyaya buxovlanmış vassal dövləti kimi bu ölkədən real və xəyali qorxularından istifadə edib.


ABŞ Dövlət Departamenti Putinin danışıqları pozmaq üçün dezinformasiya yaymaq cəhdi planını da alt-üst edib. Putinin çıxışı yalnız bir məqsədə xidmət edirdi: münaqişəni davam etdirmək və hər iki ölkəni Rusiyadan vasitəçilik mövqeyindən asılı vəziyyətə salmaq.
Fransanın rəhbərlik etdiyi Avropa İttifaqı (Aİ) ilə iki ölkə arasında reallaşan sülh sazişindən təşvişə düşən Putin rejimi belə qənaətə gəlib ki, münaqişəyə son qoyulması münaqişənin sonu demək olacaq. Bu həm də Rusiyanın Cənubi Qafqazda çoxəsrlik hegemonluğunun sonu deməkdir. Buna görə də o, danışıqlara “meymun açarı” atmaq istəyir.
 

2022-ci il oktyabrın 31-də Ermənistan, Azərbaycan və Rusiya liderləri Soçidə görüşdülər. Görüşdən sonra Paşinyan regionda sülhün bərqərar olması ilə bağlı verdiyi açıqlamada “Rus təsiri və qeyri-rus konsepsiyası var” - deyərək qısa şərh verib. Bu, onun Putinin tövsiyələri ilə razılaşdığı anlamına gəlirdi. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə Qarabağın statusunu gələcək nəsillər həll etməlidir deyib. Paşinyan bununla da Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının növbəti on beş-iyirmi il müddətinə uzadılması təklifini qəbul edir. Bu fikir Rusiya sülhməramlılarının 2020-ci il atəşkəs razılaşmasından fərqli olaraq, Qarabağda 2025-ci ilə qədər qalmalı olacağını nəzərdə tuturdu. Bu eyni zamanda Rusiyanın Qarabağ böhranında öz hegemonluğunu saxlamaq üçün səylərinin 2025-ci ilə qədər davam etdirilməsinə yönəldiyinin bariz göstəricisi idi.

 

Azərbaycan prezidenti İlham Əliyev isə qeyd-şərtsiz mövqeyindən dönməyib. Qarabağ münaqişəsi artıq tarixdir. Bu münaqişə iki il əvvəl həll olunub, ona görə də praktiki olaraq müzakirə ediləcək heç nə qalmayıb. Xüsusən də Putinin təklif etdiyi və siyasi təzyiq altında Paşinyanın qəbul etdiyi kontekstdə əlavə yoxdur. Əliyev iki ölkə arasında ikitərəfli diplomatik münasibətlərin normallaşdırılmasına, ticarət yollarının və nəqliyyat vasitələrinin yaradılmasına, Cənubi Qafqazın regional sülh və firavanlıq regionuna çevrilməsinə yönəlmiş sülh müqaviləsində maraqlıdır.
 

Azərbaycanın mövqeyi beynəlxalq hüququn aliliyini vurğulayan və Rusiya qoşunlarının mövcudluğunu rədd edən Qərbin mövqeyi ilə daha çox üst-üstə düşür. Əliyevin Qarabağ məsələsi ilə bağlı hər hansı əlavə müdaxiləçi ilə müzakirələrdən imtina etməsi Rusiyanın bölgəyə müdaxiləsinə son qoymaq istəyindən xəbər verir. Otuz beş ilə yaxın erməni zorakılığından və Ermənistanın işğalı altında olan Qarabağda Azərbaycan şəhər və kəndlərinin dağıdılmasından sonra münaqişəni həll etmək üçün barmaqlarını belə qaldırmayan böyük dövlətlərin qulaqbatırıcı susqunluğu Əliyevi
regionda heç bir rolu olmayam kənar vasitəçilərin rol oynamasından çəkindirib.
 

Əliyev həmçinin, Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə daha yaxşı investisiya ayırmaq niyyətindədir. O, ermənilərin köhnəlmiş separatçı iddialarına qarşı hərbi müdafiə üçün vəsait sərf etmək niyyətində deyil.
 

Əliyev iki ölkə arasında ikitərəfli diplomatik münasibətlərin normallaşdırılmasına, ticarət yollarının və nəqliyyat vasitələrinin yaradılmasına və Cənubi Qafqaz regionunun rifahına yönəlmiş sülh müqaviləsində maraqlıdır. Alternativ olaraq o, erməniləri Azərbaycan dövləti tərəfindən tam mədəni və dil hüquqlarına malik olan bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qəbul etməklə münaqişənin həllini təklif edib. Moskvanın Qarabağ ermənilərinə bu və ya digər formada siyasi və ərazi muxtariyyətinin verilməsində nəyə görə israr etdiyini isə başa düşmək asandır: o, öz imici və hərbi məqsədləri üçün geosiyasi maraqları manipulyasiya etmək və sürətləndirmək istəyir.
 

Əliyev Qarabağ problemini Azərbaycan ərazilərinin 20%-nin işğalı kimi qiymətləndirirdi və hal-hazırda Azərbaycan böyük itkilər bahasına bu əraziləri azad edib. Azərbaycana gəldikdə isə problem öz həllini tapıb. Bununla belə, bəzi ermənilər münaqişəni ərazi məsələsi kimi deyil, öz müqəddəratını təyin etməyin absurd problemi kimi önə sürməkdə davam edirlər. Münaqişə ilə bağlı bu cür ekstremist fikirlər Qarabağdakı vəziyyətlə bağlı çaşqın və ziddiyyətli fikirlər yaradır.
 

Amma elə ermənilər də var ki, problemi həll olunmuş hesab edirlər. Bu ermənilər bunu “Böyük Ermənistan” yaratmaq və ya “Hay Dat” ideologiyası uğrunda mənasız arqumentlər israf edən Qarabağ klanının caynağından azad etmək üçün böyük fürsət hesab edirlər. Onlar həmçinin İkinci Qarabağ Müharibəsindəki həlledici məğlubiyyəti Ermənistan dövlətinin normallaşmasına, respublikanın daxili rifahına diqqət yetirməyə və “Hay Dat” ideologiyasından qurtulmağa, bununla da normal fəaliyyət göstərən bir dövlətə çevrilmək üçün bir yol kimi görürlər. Dövlət isə reallaşdıra bilmədiyi ekstremist xəyalları həyata keçirməklə öz milli təsisatlarını gücləndirmək niyyətindədir.
 

Sonda qeyd edək ki, regional dövlət idarəçiləri, o cümlədən Ermənistandakı bəzi siyasi dairələr Cənubi Qafqaz regionununun gələcəyini daxili və ikitərəfli münasibətlərə daim müdaxilə edən Rusiyanın iştirakı olmadan birbaşa olaraq Qərbdə görürlər. Paşinyan hökuməti əvvəlcə Ermənistanı vassal dövlət kimi saxlamaq istəyən Rusiyadan ayrılmağa kömək edə biləcək sülh müqaviləsinə razı olsa da, Putinin son müdaxilə istəkləri yenidən bu ümidləri puç etdi. Putin Paşinyan hökumətinəöz maraqlarını diqtə etmək istəyir.

 

M. Hakan Yavuz Yuta Universitetinin Siyasi Elmlər üzrə Professoru

 

O, Maykl Günterlə birlikdə Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi: “Səbəblər və Nəticələr” (Palgrave, 2022) müəllifidir.

 

Tərcümə etdi: Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR