Bayden Çin lideri ilə bu tarixdə görüşəcək

Dünya
21:25 / 10.11.2022
13822
ABŞ Prezidenti Co Bayden noyabrın 14-də İndoneziyada "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Szinpinlə görüşəcək.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.