“Hakimin oğlu dostumdur, 20 min manat verin...” – Samir dustaq yoldaşının ailəsini necə aldadıb?

“Hakimin oğlu dostumdur, 20 min manat verin...” – Samir dustaq yoldaşının ailəsini necə aldadıb?

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin oğlu ilə yaxın dost olduğunu deyərək dustaq Ələddin Bayramovun (soyadlar şərtidir) ailəsindən 20 min manat alan 1984-cü il təvəllüdlü Samir Ağayevin məhkəmə prosesi başa çatıb.

 

Sfera.az 2020-ci ildə baş vermiş olayın təfərrüatlarını təqdim edir.

 

Ələddin Bayramov Cinayət Məcəlləsinin  178.3.1 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 312.2-ci(rüşvət vermə)  maddələri ilə təqsirli bilinərək məhkum olunub. O, Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra saxlanıldığı kamerada Samir Ağayevlə tanış olub və onunla 6 ay eyni kamerada cəza çəkib. Samir 2020-ci ilin mart ayında bəraət alıb və bundan sonra Ələddinə onu da azadlığa çıxara biləcəyini deyib.

 

Azadlığa çıxdıqdan sonra Ələddinin həyat yoldaşı Flora və oğlu Camalla görüşərək onları inandırıb ki, məhkəmə sistemində nüfuzlu tanışları var və onların köməkliyi ilə azadlığa çıxmağa nail olub. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin oğlu onun dostudur və azadlığa çıxmasında onun böyük rolu olub. Daha sonra isə Samirin də azadlığa çıxması üçün dostuna ağız aça biləcəyini söyləyib. Bunun üçün Samir ailədən 20.000 manat pul istəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Ələddinin qardaşından 17.000 manat pul alan Samir, yerdə qalan 3 min manatı isə məhkum dostunun həyat yoldaşından alıb. Beləcə o, Ələddinin ailəsinə vədlər verərək qısa zamanda Samirinin azadlığa çıxacağını vəd edərək, ailənin 20 min manatı mənimsəyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Samir Ağayev iki il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...