“Çox tələsirlər...” – Osman Gündüz Ermənistanın qurmaq istədiyi peyk idarəetmə mərkəzi haqda

“Çox tələsirlər...” – Osman Gündüz Ermənistanın qurmaq istədiyi peyk idarəetmə mərkəzi haqda

Ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda israrlıdırlar.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən sistemin gələn il qurulacağı ilə bağlı məlumatların yayıldığını, lakin Ermənistan tərəfinin bu məsələdə tələsdiyini bildirib:

 

"Ermənistan İspaniyanın "SATLANTİS" şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün  özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni çox tələsirlər. İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitoriq sistemini qurur. Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların "Landsat" və "Sentinel-2" peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər. Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görünür. Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır".

 

Ekspert Ermənistanın bir sıra sahələrdə qısa müddətdə uğur əldə etmək niyyətində olduğunu qeyd edib:

 

"Görünür ki, bu məsələlərin çox  uzanması Ermənistanın addım-addım  güclənməsinə şərait yaradır. Prezident İlham Əliyevin  də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı  Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görünür.Təkcə qeyd etdiyim məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil. Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı".

 

İnci


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...