“Rusiya SSRİ-ni bərpa etmək istəyirdi, əvəzində parçalanır...” – Natiq Cəfərli

“Rusiya SSRİ-ni bərpa etmək istəyirdi, əvəzində parçalanır...” – Natiq Cəfərli

"Ukraynaya SSRİ-ni bərpa edəcəyi xülyası ilə girən Rusiya artıq MDB-nin, KTMT-nin dağılmasının əsasını qoyub".

 

Sfera.az xəbər verir ki, bunu ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bildirib. O, Kremlin əsas məğlubiyyət səbəbini açıqlayıb:

 

"KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-fakto işlək institut olmadığı ilk dəfə Ermənistanın həyasızlığından sonra üzə çıxdı, indi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa “qətl” edilir – KTMT-nin nizamnaməsinə görə təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa, bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar. 40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbas bölgəsini öz ərazisi elan etdi, Rusiyanın indiki Konstitusiyasına görə həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə indi Rusiya “təcavüzə” uğrayıb, "işğala" məruz qalır, "əraziləri" atəşə tutulur, torpaq itkisi ilə üzləşir – amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT-yə üzv ölkələr bir qırağa, heç öz əhalisinə belə, məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib, Kremlin əsl məğlubiyyəti məhz budur".

 

Ekspert MDB-nin dağılacağını da sözlərinə əlavə edib:

 

"Moskvanın Ukraynanı işğal etməklə “SSRİ-2” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq. MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq, bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər".

 

İnci


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...