Putin G20-yə getməkdən İMTİNA ETDİ 

Putin G20-yə getməkdən İMTİNA ETDİ 

Rusiya Prezidenti Vladimir Putin Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək.

 

Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi İndoneziya hökumətinin sözçüsünə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiya lideri qarşıdakı sammit görüşünün sessiyalarından birində onlayn iştirak edə bilər. Həmçinin agentliyin məlumatında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bali adasına gələcəyi iddia olunub. Kreml isə hələlik bu məlumatı təsdiqləməyib.

 

Rusiyanın İndoneziyadakı səfirliyinin mətbuat attaşesi Aleksandr Tumaykin isə “RİA Novosti”yə açıqlamasında G20 sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyini deyib. Onun sözlərinə görə, prezident Vladimir Putin onlayn formatda sammitdə iştirak edə bilər.

 

Qeyd edək ki, Kreml bu həftənin sonuna qədər Putinin G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi barədə açıqlama yayacağını vəd edib. Ukrayna lideri Zelenski isə daha əvvəl Putinin iştirak edəcəyi təqdirdə sammitə qoşulmayacağını bildirib. Sammit 15-16 noyabrda Bali adasında keçiriləcək. 

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...