COVID-19 səbəbindən ölüm sayı kəskin azaldı

Dünya
23:46 / 09.11.2022
6905
COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb.
Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
O qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.
Xatırladaq ki, pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.