Depressiya ilə mübarizə aparan bir insana heç vaxt bu sözləri deməyin

Depressiya ilə mübarizə aparan bir insana heç vaxt bu sözləri deməyin

Psixoloji pozğunluqlar çox vaxt bir insanın sağalmaq üçün mübarizə aparmasını son dərəcə çətinləşdirir. Bu mübarizəni onunla yaşamaq məcburiyyətində qalmayan biri üçün başa düşmək çətindir, buna görə də insanlar çox vaxt düzgün niyyətlə belə səhv şeylər edir.
 

Bu vəziyyətdə, bu cür çətinliklərlə mübarizə aparan yaxınlarınıza dəstək olmaq üçün sözlərinizi düzgün şəkildə seçməyiniz çox vacibdir.
 

Özəlliklə payız aylarında hər bir insan depressiya ilə üzləşə bilər. Bəzən ailə üzvünüz olmasa belə yaxın dostunuz, iş yoldaşınız depressiyadan əziyyət çəkdiyi vaxt sizə müraciət edir, bir növ dərdini bölüşür. Artıq hesab olunan, deyilməməsi lazım olan bəzi ifadələr var ki, onları depressiv durumda olan insana deməməlisiniz. Bu onları özündən çıxara və ya daha dərin depressiyaya sürükləyə bilər.
 

Sfera.az sizə psixoloqların depressiyada olan bir insana əsla deməməyiniz lazım olan 8 sözü təqdim edir:
 

1. "Bu problemin öhdəsindən indi gəlməlisən."



Heç kim dostunun şəkərli diabet və ya ürək xəstəliyinin öhdəsindəm gələcəyini gözləmir, lakin bu, depressiya ilə mübarizə aparan birinin öz hisslərini ifadə etdiyi zaman tez-tez reaksiya verir. Klinik depressiya seçim deyil, heç kim depressiyaya düşməyi seçməz. Depressiya mənəvi uğursuzluq, iradənin zəifliyi və ya təxəyyülün oyuncağı deyil. Depressiya tibbi xəstəlikdir. Bu, genetika, travma, stress və digər amillərin bəzi kombinasiyası ilə əlaqələndirilir və onların yaratdığı beyin kimyasının bioloji pozulmasıdır. Başqa sözlə desək, depressiya ciddi bir sağlamlıq problemidir və kiməsə onun yoxdur kimi görünməsini söyləmək onun vəziyyətini yaxşılaşdırmayacaq. Bunun əvəzinə onlardan soruşun: “Mən sənin üçün nə edə bilərəm?”, “Bu çətin zamanda sənə necə dəstək ola bilərəm?”. Suallarla yaxınlaşa bilərsiniz.


2. "Sənə lazım olan tək şey bunu unutmaqdır."
 

Siz kimisə "sağlam" olmağa məcbur edə bilməzsiniz. Depressiyanın ən böyük problemi odur ki, depressiyadan əziyyət çəkən insanların çoxu onsuz da doğru şeyi bilirlər, lakin bunu etmək üçün bir yol tapa bilmirlər. Onlara o anda necə hiss edəcəklərini və ya hərəkət etmələrini söyləmək də kömək etmir. "Gəl birlikdə məşq edək", "İcazə ver, bu barədə danışacaq birini tapmağına kömək edim" kimi təkliflər verə bilərsiniz Həll yoluna çatmaq üçün onlara real yollar yaratmağa kömək edin.


3. "Məncə, bunu etməlisən..."


“Bunu etməməlisən...”

"Bunu etməyə indi başlamalısan..."

Bu kimi bəyanatlar insanın psixi sağlamlığı üçün məsuliyyəti yalnız gündəlik seçimləri və hərəkətləri üzərinə qoyur. Depressiya çox çətin bir xəstəlikdir, bununla bağlı hər hansı bir hərəkəti də çətinləşdirir. "Nə edəcəyini bilmirsənsə, bunu bilən biri ilə danışaq” - deyə bilərsən.

Bu işdə onlara kömək etməyi təklif edin. Onlara hirslənməyin. Anlayın ki, acizlik depressiyanın bir hissəsidir. Ən əsası, onlara kömək edərkən səbirli olun.


4. "Sən dəlisən."
 

Amerika Psixiatriya Assosiasiyası alçaldıcı ifadələrdən çəkinməyin vacibliyini vurğulayır. Sağlam ünsiyyətdə "psixopat" və "dəli" kimi sözlərdən istifadə düzgün deyil. Bunun əvəzinə deyin: “Mən bilirəm ki, sənin yaşadığın çətinliklər realdır. Onları başa düşmək üçün əlimdən gələni edəcəyəm”-deyə və empati qurmağa çalışa bilərsiniz.


5. “Mən səndən daha pis vəziyyətdə olan insanlar tanıyıram”.
 

Müqayisələr bu vəziyyətə kömək etmir, çünki depressiyadan əziyyət çəkən hər bir insanın öz mənfi cəhətləri var. Əslində, bu ifadəni söyləmək, bir insanın yaşadıqlarını minimuma endirərək, onun təcrübəsini etibarsız edə bilər. Kiməsə “bir çox insanın vəziyyəti səndən də pisdir” demək, onlara sizə ürəyindən və fikrindən keçənləri deyə bilməyəcəklərini başa salır. Bəzi hallarda bu, hətta depressiya ilə yaşayan birinin özünü günahkar hiss etməsinə və ya hiss etdiklərinə görə utanmasına səbəb ola bilər. Nəticədə depressiya ilə yaşayan insanlar öz hisslərini heç kimlə bölüşməyə ehtiyac duymur və özlərinə qapanırlar.
 

6. “Sən mənim də əhvalımı aşağı salırsan”.
 

Sizi əsəbləşdirdiyi üçün depressiyaya düşən birini günahlandırmaq, onları daha da utandıra və alçaldılmış hiss etdirə bilər ki, bu da onların vəziyyətinə təsir edir.
Bunun əvəzinə dəstəyinizi göstərin və onların olmaq istədikləri yerə qayıtmasına kömək edin. “Mən sənə görə buradayam” əvəzinə, “Mən həqiqətən səninlə maraqlanıram və sənə necə kömək edə biləcəyimi öyrənmək istəyirəm. Sən deyə bilərsən.


7. “Dərmana ehtiyacın yoxdur, antidepresan qəbul etmədən də öhdəsindən gələ bilərsən”.
 

Depressiya ilə mübarizə aparan bir çox insanın psixoterapiya və idman, yoqa, pilates kimi müalicələrə cavab verdiyi doğru olsa da, bəzi insanların ciddi dərmana ehtiyacı var və buna yalnız həkim qərar verə bilər. Ona görə də onların dərmana ehtiyacı olmadığını bildirməyiniz heç nəyi dəyişmir, siz sadəcə onları qəbul etdiklərinə görə mühakimə edirsiniz.


8. “Hər şey yaxşı olacaq”.
 

Əlbəttə ki, müsbət və ruhlandırıcı olmaq vacibdir, lakin onların özlərini daha yaxşı hiss etmələri üçün hərəkətə keçmək və davamlı irəliləyiş lazımdır. Depressiya bir insanın gündəlik fəaliyyətlərdə iştirakına mane ola bilər. Ancaq kinoya getməyi və ya hətta qısa bir gəzintiyə çıxmağı təklif etməklə dəstəyinizi göstərə bilərsiniz. Nəhayət, bəzən demək üçün ən yaxşı şey heç nə deməməkdir. Sadəcə onu dinləyin, cavab verəndə sakit və anlayışlı olun.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...