Fatih Terim yeni layihəsini açıqladı - Muzey hazırlayır

"Qalatasaray"dan ayrıldıqdan sonra hələ komanda ilə müqavilə imzalamayan məşqçi Fatih Terim yeni layihəsini açıqlayıb.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Qalatasaray"ın sabiq məşqçisi Fatih Terim yenidən sarı-qırmızılı komandaya rəhbərlik edib-etməyəcəyi barədə müzakirələrə diqqət çəkən açıqlamalar verib.
Terim İtaliyanın İstanbul səfirliyinin təşkil etdiyi tədbirdə iştirakı zamanı çıxış edib.
O, kitab yazdığını və muzey hazırladığını bildirib.
TRT Sporun spikeri Vəli Yiğit isə açıqlamasında :
"Fatih Terim kitab yazır. Sənədli filmdə olmayan bir çox şey kitabda olacaq. Muzeyin açılışı da olacaq. Fatih Terimin qazandığı kuboklar və bir çox başqa məqamlar da var. Yüksək səviyyəli bir muzey olacaq”-deyə bildirib.
Yiğit Terimin əhval-ruhiyyəsinin çox yaxşı olduğunu, həm fiziki, həm də zehni olaraq özünü əla hiss etdiyini və ən azı 5-6 il daha məşqçilik edəcəyini bildirib.
Terim: “Təkliflər də var, dəyərləndirəcəyəm”-deyib.
Aysel