Tovuzda 3 maşın toqquşdu – 4 nəfər xəsarət aldı 

Tovuzda 3 maşın toqquşdu – 4 nəfər xəsarət aldı 

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.  

Sfera.az
xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun girişində "Opel", "Mercedes" və "Chevrolet - Niva" markalı minik avtomobilləri toqquşub.  

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

Xəstəxanaya çatdırılan zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilib.  

Faktla bağlı araşdırma aparılır.  
 


OXŞAR XƏBƏRLƏR