Britaniya kralına yumurta atdılar - FOTO

Dünya
20:05 / 09.11.2022
12088
Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillaya yumurta atan şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, insident bu gün monarx və həyat yoldaşı II Elizabetin heykəlinin açılışı zamanı ənənəyə uyğun olaraq Miklgeyt qapısı (Micklegate Bar) ilə York şəhərinə daxil olarkən baş verib.
Belə ki, izdihamın içərisində olan bir etirazçı “bu ölkə qulların qanı üzərində qurulub” deyə qışqıraraq kral və kraliçaya yumurta atıb..
Yayılan görüntülərdə bir neçə yumurtanın cütlüyə toxunmadan onların yaxınlığına düşdüyü əks olunub.
Hadisəni törətməkdə şüphəli bilinən şəxs polis tərəfindən saxlanılıb.