Dünya bazarlarında neftin qiyməti ucuzlaşır, “AzeriLight” isə bahalaşıb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır, “AzeriLight” isə bahalaşıb

 

Qiymətlərin ucuzlaşmasına səbəb İranla Səudiyyə Ərəbistanının hasilatın dondurulması ilə bağlı razılığa gəlməməsi olub.

Azərbaycan neftinin qiyməti bahalaşıb. 

 "AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,96% artaraq 48,50 dollar təşkil edib. 

Bununla belə, dünya bazarında neftin qiyməti ucuzlaşır.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar azalaraq 45,79 dollar təşkil edib.

 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 47,24 dollar olub.

APA-nın məlumatına görə isə, neftin ikigünlük bahalaşmasından sonra ucuzlaşmasına OPEK-in Əlcəzairdə keçiriləcək görüşü ərəfəsində Səudiyyə Ərəbistanı ilə İran arasında neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı razılığın əldə olunmaması və danışıqların hələ də davam etməsi səbəb olub.   

Qeyd edək ki, gələn həftə Əlcəzairdə beynəlxalq energetika forumu çərçivəsində OPEK-in qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə OPEK ölkələri və neft hasilatı ilə məşğul olan digər dövlətlər arasında hasilatın dondurulma səviyyəsi barədə danışıqların bərpa olunacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...