Ukraynada həbsdə olan qazimizdən açıqlama - VİDEO

Ukraynada həbsdə olan qazimizdən açıqlama - VİDEO

Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız − Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib.

 

Sfera.az xəbər verir ki, Kiyev vilayəti Obuxovski rayon məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib.

 

Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır.

 

“Bütün hüquqlarımız apellyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib.

 

M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verilmədiyini qeyd edib.

 

 


OXŞAR XƏBƏRLƏR