Zelenskini bu açıqlamanı verməyə Bayden məcbur edib - DETALLAR

Zelenskini bu açıqlamanı verməyə Bayden məcbur edib - DETALLAR

Ukrayna lideri Zelenski Moskva ilə danışıqlara başlamaq üçün əsas şərtlərindən biri ilə bağlı güzəştə gedib.

 

Sfera.az bildirir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Zelenskini Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı bəndi şərtlər siyahısından çıxarmağa məcbur edib.

 

Məlumata görə, noyabrın 7-də Zelenski Moskva ilə danışıqlara başlamaq üçün beş şərt sadalayıb və onların arasında Putinlə danışıqların mümkünsüzlüyündən bəhs edilməyib. “Politico” bildirib ki, sözügedən mövqe dəyişikliyi isə ABŞ prezidenti Co Bayden administrasiyasının yumşaq təzyiqi  ilə birbaşa bağlıdır.

 

Qəzetdə dərc olunan yazıya görə, Kiyev və Vaşinqton arasında uzun sürən danışıqlar, o cümlədən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın Ukraynaya səfəri Zelenskinin yanaşmasını yumşaldıb. Bildirilib ki, ABŞ rəsmiləri Zelenskidən danışıqlarla bağlı mövqeyini birbaşa  dəyişməsini istəməyib:

 

“Lakin Ukrayna prezidentinə çatdırıblar ki, Kiyev münaqişəni sülh yolu ilə sona çatdırmağa hazır olduğunu dünyaya nümayiş etdirməlidir”.

 

Mənbələrdən biri nəşrə deyib ki, Vaşinqton danışıqların dərhal başlamalı olduğuna inanmır.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə rəhbərliyinin hələ də Ukrayna ilə danışıqlara hazır olduğunu söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...