Rəşadın qətlə yetirdiyi şəxs bu tanınmışın BİBİSİ OĞLUDUR - YENİ FAKT
Kriminal
11:00 / 09.11.2022
14626
Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı (Əmirov) gecə saatlarında qonşusu İskəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib.
Yayılan məlumatlara görə, İskəndər Mehtiyev məşhur meyxanaçı Ələkbər Yasamallının dayısı oğlu olub.
Sfera.az məsələ ilə bağlı Ələkbər Yasamallının köməkçisi ilə əlaqə saxlayıb. O, saytımıza bildirib ki, Ələkbər Yasamallı hazırda Azərbaycanda deyil, Almaniyadadır. Rəşad Dağlının qətlə yetirdiyi şəxs isə Ələkbər Yasamallının dayısı oğlu deyil, bibisi oğludur.
Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nəzrin Cavadzadə,
Sfera.az