Rəşad Dağlını neçə illik həbs gözləyir? – Vəkildən AÇIQLAMA

Rəşad Dağlını neçə illik həbs gözləyir? – Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib. O,  1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi bıçaqlayaraq öldürüb.

 

Bəs, məşhur meyxanaçını nə qədər həbs cəzası gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Rəşad Dağlının törətdiyi və qanuna zidd əməl toplanılmış sübutlarla və yekun nəticədə məhkəmənin ittiham hökmü ilə öz təsdiqini taparsa, bu əməli şəxsiyyət, həyat və sağlamlıq əleyhinə olan qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilər:

 

“Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilkdikdə- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Qeyd edək ki, Qaradağ Rayon Prokurorluğunun məlumatına görə, Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...