İsrail PUA-ları iranyönümlü dəstənin hərbi karvanını vurdu

Dünya
10:18 / 09.11.2022
12155
İsrail ordusu pilotsuz uçuş aparatlarından istifadə edərək iranyönümlü yaraqlıların hərbi karvanına hücum edib.
Sfera.az Newsru.co.il-ə istinadən xəbər verir ki, hadisə bu gecə İraqın Suriya ilə sərhədi yaxınlığında baş verib.
Hücuma məruz qalan hərbi karvan Suriya ərazisindən keçməklə Livana tərəf istiqamət alıb. Məqsəd Livan ərazisində fəaliyyət göstərən hərbi qruplara silah çatdırmaq olub.
Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.