Tamamilə təsadüfi baş verən tarixi hadisələr - Doğru olduğuna inanmayacaqsınız
Kainatın özünəməxsus yumor hissi olduğunu deyə bilərikmi?
Sfera.az sizə bəlkə də film ssenarisindən götürüldüyünü düşünəcəyiniz bəzi maraqlı tarixi təsadüfləri təqdim edir.
1. 1898-ci ildə “Titan” adlı gəminin aysberqə çırpılması və xilasedici qayıqların çatışmazlığı səbəbindən insanların həlak olmasının hekayəsi nəşr olundu.
Düz 14 il sonra batan “Titanik” bu hekayənin eynisi olur.
2. W.T. Stead adlı bir müəllif 1886-cı ildə Atlantik okeanında məhdud xilasedici qayıqları olan bir gəmi haqqında hekayə yazıb.
Daha sonra Stead “Titanik”də sərnişin olaraq səyahətə çıxır və gəmi batarkən ölür.
3. Kiribatidən olan iki balıqçı Namdrik adasının sahilində cərəyanda axıb, itkin 33 gün itkin olaraq axtarıldıqdan sonra tapılır vəəə…..
Başqa bir balıqçının 50 il əvvəl öldüyü güman edilən dayısının da bu adada yaşadığı məlum olur.
4. 1950-ci ildə Nebraska ştatında kilsədə təsadüfən partlayış baş verir. Xoşbəxtlikdən heç kim xəsarət almır.
Çünki məşqə gəlməli olan 15 xor üzvü hamısı gecikmişdi.
5. “Life Magazine” jurnalının ilk üz qabığında Corc Story adlı yeni doğulmuş körpə təsvir edilib.
Story 63 il sonra jurnalın son nömrəsinin üz qabığında görünmək üçün müsahibə verir
vəəə….
Jurnalın sonuncu sayı çıxandan bir neçə həftə sonra ürək tutmasından dünyasını dəyişir.
6. Bəstəkar Arnold Şönberqdə triskaidekafobiya var idi (13 rəqəmindən qorxmaq).
Buna görə də mahnı siyahılarında 13-cü yerə gələnləri 12 adlandırırdı.
Şönberq cümə günü ayın 13-də, 76 yaşında vəfat edir. Həmçinin: 7+6 = 13 ...
Aynil