Vyetnamda “qanlı ay” səma şousu - FOTOLAR
Dünyanın başqa yerlərinə nisbətən Ay tutulması Vyetnamda daha aydın müşahidə edilib.
Xəbər verdiyimiz kimi, “qanlı ay” adlandırılan bu səma şousu 2025-ci ilədək sonuncu ay tutulması olacaq.
Sfera.az bildirir ki, Vyetnamın bəzi bölgələrində insanlar bir qədər əlverişsiz səma şəraitinə baxmayaraq, bu gecə sonuncu tam Ay tutulmasını müşahidə edə biliblər.
Dünən Saat 17:00-dan başlayaraq “Da Nang” Astronomiya Klubu Ay tutulmasını gözləmək üçün Bien Dong Parkına teleskoplar gətirib. Səmadakı qara buludlar səbəbindən hadisəni tam izləmək mümkün olmayıb.
İnsanlar ayın hərəkətlərini izləmək üçün teleskopları ilə yanaşı proqramlardan da istifadə ediblər. Ayın buludların arxasında gizlənməsi teleskopların tənzimlənməsini də çətinləşdirir.
Saat 18:30-dan saat 19:45-ə qədər ay görünməyə başlayıb. İnsanlar bu müddətdə qismən Ay tutulmasını izləyə biliblər.
Həmin axşam Vyetnamın başqa bölgəsində də “Dang Parkı”nda onlarla insan hadisəni lentə almaq üçün teleskop və kameralarla toplaşıb. Yağış olmasa da, səmada adi gözlə müşahidə qabiliyyətinə mane olan nazik bulud təbəqələri var olub.
Vyetnamın mərkəzində yerləşən “Quang Nqay”da isə aydın səma Ay tutulmasını müşahidə etməyi asanlaşdırıb.
18:00-dan -18:30-a qədər burada ayın rəngi qırmızı-misə çevrilib.
Hanoy əyalətində də qismən Ay tutulması müşahidə olunub.
Hanoyda insanlar əvvəlcə dumanlı səma səbəbindən tam Ay tutulmasını müşahidə edə bilməysələr də, saat 19:00-dan etibarən qismən Ay tutulmasını müşahidə edə biliblər.
Aynil