Ədliyyə Nazirliyi müxalifət partiyasının ləğv edilməsini istəyir

Ədliyyə Nazirliyi müxalifət partiyasının ləğv edilməsini istəyir

Moldova Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsinə müraciət hazırlayıb və bu müraciətdə “Şor” partiyasının konstitusiyaya zidd olduğunun tanınmasını tələb edib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, analoji müraciət Nazirlər Kabinetinin sabah keçiriləcək iclasında baxılmaq üçün hökumətə təqdim ediləcək.
Moldova Ədliyyə naziri Sergey Litvinenko etirazçıların qanunsuz kimi tanınması üçün kifayət qədər hüquqi əsasların olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, öz məqsədləri və ya fəaliyyəti ilə siyasi plüralizmə, qanunun aliliyi, suverenlik və müstəqillik prinsiplərinə, habelə Moldova Respublikasının ərazi bütövlüyünə qarşı çıxan siyasi birləşmələr konstitusiyaya ziddir.

 

Litvinenko rəsmi sosial şəbəkə hesabında:
 

““Şor”partiyası fəaliyyəti boyu qanunun aliliyi prinsiplərinə zidd fəaliyyət göstərib. Bu partiyanın qanunsuz maliyyələşdirilməsi məhkəmələrin yekun qərarları ilə də öz təsdiqini tapıb. Qanunsuz maliyyələşməyə görə bu partiyanın namizədləri seçkilərdən kənarlaşdırılıb. Habelə, ABŞ hakimiyyətinin gəldiyi qənaətlər, eləcə də ictimaiyyətə açıqlanan materiallar sübut edir ki, bu partiya xarici dövlətin maraqlarını təbliğ edir. Ölkənin suverenliyinə və müstəqilliyinə qarşı fəaliyyət göstərir”- yazıb.


Ədliyyə naziri onu da əlavə edib ki, müraciət tərtib edilərkən AİHM-in məhkəmə təcrübəsi və Venesiya Komissiyasının standartları nəzərə alınıb.

 

Sergey Litvinenko məlumatını:
 

“Bu, həqiqətən də son tədbirdir, çünki onlar qanunu pozmağa davam edirlər və qanuni yola qayıtmaq istədiklərini göstərən heç bir hal yoxdur”-cümlələri ilə yekunlaşdırıb.
 

Xatırladaq ki, Moldovada artıq üçüncü aydır ki, “Şor” partiyasının təşəbbüsü və Kommunist Partiyasının dəstəyi ilə kütləvi etiraz aksiyaları keçirilir və bu aksiyalarda sosial vəziyyətdən narazı olan vətəndaşlar Nazirlər Kabinetinin istefasını, növbədənkənar prezident və parlament seçkiləri tələb edirlər.
 

Etirazçıların arxasında cinayətkar qruplarla birləşmiş Rusiyayönlü partiyalar olduğunu deyən prezident Maia Sandunun tələbi ilə polis və prokurorluq əməkdaşları fəalları təqib etmək üçün tədbirləri gücləndiriblər.


Noyabrın əvvəlində ABŞ-ın Kişinyovdakı səfiri Kent D.Loqsdon da Moldova iş adamı Vladimir Plahotnyuk (Demokrat Partiyasının keçmiş rəhbəri) və siyasətçisi İlan Şor (Şor partiyasının lideri) qarşı korrupsiyaya görə sanksiyalar tətbiq edildiyini bəyan etmişdi.

 

Eləcə də Moldova üzərində nəzarəti bərqərar etmək məqsədilə ölkənin siyasətinə təsir göstərməkdə ittiham olunan bəzi Rusiya vətəndaşları və şəxslərə qarşı da sanksiya tətbiq edilib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...