Finlandiyada Rusiyanın adının qanunvericilikdən çıxarılmasını təklif edirlər
Finlandiyada hakim partiyanın nümayəndələri Rusiyanın adının Finlandiya qanunvericiliyindən çıxarılmasını təklif edirlər.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Finlandiya rəsmiləri xüsusilə Cinayət Məcəlləsinin hələ Rusiya hökmdarı olan İmperator III Aleksandr haqqında sözlərlə başladığına görə etiraz edir.
Xatırladaq ki, qanunverici aktın giriş hissəsi (preambula) Finlandiya hələ Rusiya İmperiyasının bir hissəsi olduğu vaxtdan bəri qorunub saxlanılıb.
İndi isə Finlandiya siyasətçiləri sənədlərdən ölkələrinin tarixinə aid olanların çıxarılmasını tələb edirlər.
Bu təklifi Finlandiya baş nazirinin keçmiş köməkçisi, Sosial Demokrat Partiyasının isveçdilli dairəsinin sədri Dmitri Kvintus irəli sürüb.
"Parlament istəsə dəyişiklik edə bilər və inanıram ki, təklifim müxtəlif partiyalardan geniş dəstək alacaq"-deyə SDP üzvü əminliklə vurğulayıb.
Aysel