Baydenin partiyası prezidentlik süqutunun astanasında - Tramp “dəliləri” rədd etməyə çağırıb
Amerikalılar bu çərşənbə keçiriləcək aralıq seçkilərdə ABŞ Konqresində Co Bayden və Donald Trampın qüvvələr balansını dəyişmək üçün səs verəcək.
Bütün 435 yerlik Nümayəndələr Palatası və 100 yerlik Senatın üçdə biri, həmçinin əsas ştatların qubernatorları yenidən seçilməlidir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, indiki prezident Co Bayden və keçmiş Respublikaçı prezident Donald Tramp bir gün əvvəl duel mitinqlərində yekun arqumentlərini söyləyiblər.
Əksər ekspertlərin proqnozlarına görə Respublikaçılar Nümayəndələr Palatasında çoxluq təşkil etsələr, Baydenin Konqres vasitəsilə qanun qəbul etmək qabiliyyəti zəifləyəcək. Demokratlar hazırda hər iki palataya cüzi fərqlə nəzarət edirlər.
Aralıq Konqes seçkilər Demokratların dörd illik hakimiyyətinin yarı müddətinə təsadüf edir. Ağ Evdə hal-hazırkı hakim partiya sorğu nəticələrinə görə orta hesabla onlarla yeri itirir. Aralıq seçkiləri çox vaxt hazırkı dövlət başçısının rəhbərliyi ilə bağlı referendum kimi qəbul edilir.
Dərmanların qiymətlərini aşağı salmaq, təbii enerjidən istifadəni çoxaltmaq və dünyanın ilk ən böyük iqtisadiyyatının infrastrukturunu təkmilləşdirmək vədlərini yerinə yetirməsinə baxmayaraq, ABŞ son dörd onillikdə ən yüksək inflyasiya ilə üzləşib. ABŞ-a qeyri-qanuni yolla keçən miqrantların sayı artıb.
Noyabrın 8-də keçirilən seçkilərdə demokratlar yerləri itirəcəyi təqdirdə Baydenin 2024-cü ildə Ağ Evdə yeni müddətə namizəd olub-olmayacağı ilə bağlı partiya daxilində narazılıqları da artıra bilər. Xatırladaq ki, Baydenin bu il 80 yaşı olur. 76 yaşlı Trump isə bazar ertəsi prezidentlik ambisiyaları barədə açıqlama verib və gələn həftə də çox vacib bir açıqlama verəcəyini vəd edib.
Bayden izdiham qarşısında çıxış edərkən:
"Biz içimizdə demokratiyamızın təhlükədə olduğunu hiss edirik və bilirik ki, indi onu müdafiə etmək sizin öhdənizdədir"- deyib.
Hal-hazırkı Respublikaçı namizədlərdən yarıdan çoxu 2020-ci il Ağ Evə keçirilən seçkilərin şəffaflığı ilə bağlı şübhələrini dilə gətirib. Bu, Trampın o zaman baş vermiş saxtakarlıq iddialarını təkrarlayır.
Seçki günü ərəfəsində Tramp Respublikaçı Senat namizədi Cey Di Venslə Ohayoda yekun mitinqdə iştirak edib.
“Əgər siz Amerikanın tənəzzülü və süqutunu dəstəkləyirsinizsə, o zaman mütləq radikal sola, dəlilərə səs verməlisiniz. Ölkəmizin dağıdılmasını dayandırmaq istəyirsinizsə, o zaman sabah nəhəng dalğa ilə respublikaçılara səs verməlisiniz”- eks-prezident mitinq iştirakçılarına müraciətdə deyib.
Qeyd edək ki, Trampın partiyasına Nümayəndələr Palatasında çoxluğu ələ keçirmək üçün cəmi beş yer və hazırda bərabər bölünmüş Senata rəhbərlik etmək üçün isə bir yer lazımdır.
Aynil