Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək

Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək 

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

O, 9-11 noyabr tarixlərində Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında Rəcəb Tayyib Ərdoğanı müşayiət edəcək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.

 

Nazir Türkiyə Fəxri Baş Konsulluğunu açmaq üçün noyabrın 9-da Qazaxıstana da səfər edəcək.


OXŞAR XƏBƏRLƏR