Norveç kral ailəsi şahzadə ilə bağlı qərar verdi
Norveç şahzadəsi Martha Louise bundan sonra Norveç Kral Evini təmsil etməyəcəyini açıqlayıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kral Sarayından verilən açıqlamada Luizanın kral ailəsi üçün artıq rəsmi vəzifələrini yerinə yetirə bilməyəcəyi və bu qərarın ailə ilə birlikdə alındığı bildirilib.
Açıqlamada Şahzadə Luizanın titulunu qoruya biləcəyi, şahzadə ünvanının isə sosial media və ya ticarət fəaliyyətlərində istifadə edilməyəcəyi qeyd olunub.
Bundan əlavə, Luiza amerikalı nişanlısı Durek Verretlə evlənəndə onun həyat yoldaşının kral ailəsini təmsil etməyəcəyi və kral tituluna sahib ola bilməyəcəyi bildirilir.
Xatırladaq ki, Norveç mediası cütlüyü kral titullarından biznes fəaliyyətlərində istifadə etməkdə ittiham edirdi.
Şahzadə Luiza iyunun 7-də Verretlə nişanlanmışdı.
O, keçmiş həyat yoldaşı yazıçı Ari Bendən 2016-cı ildə rəsmi ayrılıb.
Qeyd edək ki, 50 yaşlı şahzadə Luiza Norveç kralı V Harald və kraliça Sonjanın ən böyük övladıdır.
Onun qardaşı Şahzadə Haakon isə konstitusiyaya görə taxtın varisi olacaq.
Xanım